Menu
Geri İrəli

TQDK qəbul imtahanlarındakı yenilikləri açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2013 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edəcək. QurumdanLent.az-a verilən məlumata görə, dəyişikliklər qəbul imtahanlarının məzmununa aid deyil.

 Gələn il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının mayda təşkili nəzərdə tutulur. Həmin ilin məzunları isə yəni, orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyulda verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyulda verəcəklər.

Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Nəzərdə tutulan digər yenilik 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni, bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın