Menu
Geri İrəli

TQDK sədri: “Bu il keçirilən imtahanlarda 600 mindən artıq insan iştirak edib”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur

3126e7ea-9714-4362-b956-39a7d19a34dd_292

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb. Bu il keçirilmiş müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq insan iştirak edib”. “Report” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrinə qəbul olunanların əmrləri ali və orta ixtisas məktəblərinə vaxtında göndərilib: “Artıq yeni ilin hazırlıq mərhələsinə başlanılıb”.

M.Abbaszadə, həmçinin qeyd edib ki, komissiyanın son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə birinci yerdə olub: “TQDK-nın 15 elektron xidmət növlərindən bir il ərzində 4 167 385 dəfə istifadə olunub”.

Eyni zamanda, tədbirdə Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri də mükafatlandırılıb.

Xatırladaq ki, müsabiqə 2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarına aid ən yaxşı məqalə üzrə olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın