Menu
Geri İrəli

Türk liseyləri fəaliyyətini davam etdirəcək – AD DƏYİŞDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2014 • Baxış sayı: 1,121 dəfə • Şərh yoxdur

049e7a9994bca5e0a2d01a42ad57e2a3Bir neçə ay öncə fəaliyyəti dayandırılan kurs və liseylər “Uğur” və “Ulduz” adları altında işləməyə davam edəcəklər

“Araz” hazırlıq kursları və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan türk liseyləri yenidən müxtəlif adlarla fəaliyyətini bərpa edib. Lent.az-ın əldə etdiyi ilkin məlumata görə, bir neçə ay öncə fəaliyyəti dayandırılan kurs və liseylər “Uğur” və “Ulduz” adları altında işləməyə davam edəcəklər.

“Çağ Öyrətim İşlətmələri”nin də daxil olduğu keçmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müdir müavini Məhəmməd Hüseynov oxu.az-a açıqlamasında yayılan məlumatları təsdiqləyib: “Bundan sonra tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur”.

“Çağ Öyrətim İşlətmələri”nin bölgələrdə fəaliyyət göstərən liseylərilə də əlaqə saxladıq. Lent.az-a bildirdilər ki, Bakı və regionlardakı bütün liseylərin müəllim kontingenti saxlanılsa da, direktorların dəyişdiriləcəyi gözlənilir. Onu da əlavə etdilər ki, yaxın günlərdə Təhsil Nazirliyinin nümayəndələri bu məsələ ilə bağlı liseylərdə olacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın