Menu
Geri İrəli

Üç nazirin izlədiyi yarışda Sumqayıt məktəbliləri seçildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2017 • Baxış sayı: 3,095 dəfə • Şərh yoxdur

001-01.07.2017Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gənc xilasedici” V Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinə yekun vurulub.
Yekun tədbirlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Əvvəlcə gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib.
Sonra Qəbələ Konqres Mərkəzində “Dəyirmi masa” keçirilib. Bildirilib ki, keçirilən yarışlar gənclərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır.
Tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə də tamaşa ediblər.
Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.
Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.
Beynəlxalq yarışda I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Rusiya Federasiyası və Belarus komandaları tutub. Ümumrespublika birinciliyində isə I yerə Bakı şəhəri 220 nömrəli, II yerə Mingəçevir şəhəri 13 nömrəli, III yerə isə Sumqayıt şəhəri 43 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.
Tədbirdə iştirak edən nazirlər qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda qalib komandalara mükafatlar, qaliblərə isə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın