Menu
Geri İrəli

Ulu öndər Heydər Əliyev irsi məktəblilərlə müzakirə olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2016 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

Sumqayıtda “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində tədbirlər davam etdirilir. Layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilir

Layihə rəhbəri, Gənc İstedadlara Dəstək Fondunun prezidenti Vüsal Məmmədovun verdiyi məlumata görə layihə çərçivəsində şəhərin 1, 9 və 12 saylı məktəblərində Ümummilli lider Heydər Əliyevin həyatından, həyat yoldaşı Zərifə xanıma dönməz sevgisindən bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib və filmin mahiyyəti şagirdlərlə müzakirə edilib. Ulu öndər Heydər Əliyev irsi şəhərin bir sıra təşkilat və müəssisələrində disput və seminarlarda təhlil edilərək, gənc nəsilə çatdırılacaq.

Qeyd edək ki, layihə çərçivəsində eyni zamanda ulu öndərin Sumqayıta səfərlərinin fotolarını, bu səfərlərin anatasiyasını özündə əks etdirən albom hazırlanır.

IMG_8544

_MG_8679

Facebook Şərhləndirmə:

Şərhinizi yazın