Menu
Geri İrəli

“Yer günü” festivalı keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2017 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur
Share Button

Qərb Universiteti tam orta məktəbdə “Yer günü”nə həsr olunmuş festival keçirilib. Üç gün ərzində davam edən festival çərçivəsində şagirdlər Yer planeti və “Yer günü” ilə bağlı hazırladıqları prezentasiyaları təqdim edib, planet və onun xüsusiyyətləri, eləcə də “Yer günü”nün tarixi ilə bağlı məlumatlar veriblər.

Festival çərçivəsində Yer planeti, onun coğrafi, ekoloji xüsusiyyətləri ilə bağlı sənədli filmlər nümayiş etdirilib, filmlərlə bağlı müzakirə paneli təşkil edilib.

Şagirdlərin hazırladıqları kompozisiyalar, eləcə də mövzu ilə bağlı rəsm əsərləri və əl işlərindən ibarət sərgi də maraqla qarşılanıb.

Qeyd edək ki, Qərb Universiteti tam orta məktəbdə təhsilin daha rəngarəng və öyrədici olması üçün tədris ili ərzində müxtəlif festivallar, müsabiqələr, viktorinalar, yarışlar, ekskursiyalar, aksiyalar və digər tədbirlər təşkil olunur.

Məktəbin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərirlər.

15194416_1682796345345537_3668894558722456435_o 15195809_1682797788678726_9132925397294373022_o 146123183837698234_1000x669 146123183858659335_1000x669 14612318384832860520_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın