“TƏLƏBƏ ADIN MÜBARƏK” ADLI KONSERT!

1293

14 sentyabr 2009-cu il tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Vaqif Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsi ilə birgə Ü.Hacıbəyov adına “Kimyaçı” mədəniyyət sarayında 15 Sentyabr – Bilik Günü münasibətilə ali məktəblərə qəbul olmuş sumqayıtlı gənclərinin şərəfinə “Tələbə adın mübarək” adlı konsert təşkil etmişdir.

Tədbirdə qeyd edilmişdir ki, bu il şəhərin orta ümumtəhsil məktəblərini 3442 nəfər bitirib. Bunlardan 3224 nəfər qəbul imtahanlarına sənəd vermiş, o cümlədən 1330 nəfər ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olunanlar sırasında 109 nəfər 600 baldan çox, bunlardan 36 nəfər isə 650 baldan çox bal toplamış və 7 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Konsertdə şəhər gənclərinin təhsil, idman və digər sahələrdəki nailiyyətlərini əks etdirən təqdimat keçirildi.

Sonra respublikanın xalq artisti Arif Quliyev,  respublikanın əməkdar artisti Ədalət Şükürov, muğam müsabiqəsinin qalibləri- Abgül Mirzəliyev, Güllü Muradova, Ehtiram Hüseynov, tanınmış müğənnilər- Sevda Yəhyayeva,  Leyla İdrisova, ”Qala” və “Sevən Ürəklər” qrupları, öz mahnıları və çıxışları ilə tələbə adını yeni qazanmış gəncləri təbrik etdi və onlara gələcək təhsilində uğurlar arzuladı.

Sumqayıt şəhər Gənclər və İdman  Baş İdarəsinin aparıcı məsləhətçisi,   İsmayıl Kərimov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər