Tahir Mirkişili: “Belə tədqiqatların aparılması dövlətin öz vətəndaşının fikirlərinə hörmətindən irəli gəlir”

694

8 fevralda Sosial Tədqiqatlar Mərkəzinin bir yaşı tamam olur.

İqtisadçı Tahir Mirkişili STM-in bir illik fəaliyyətini dəyərləndirərək bildirib ki, sürətlə dəyişən müasir dünyada effektiv sosial tədqiqatların aparılması idarəetmədə daha sürətli və daha səmərəli qərarların verilməsi üçün mühüm əhəmiyyət kəsb edir:

“Belə tədqiqatların aparılması həm də dövlətin öz vətəndaşının fikirlərinə hörmətindən irəli gəlir. Azərbaycanda da yaradılan Sosial Tədqiqatlar Mərkəzi azərbaycan vətəndaşının dövlət başçısı cənab İlham Əliyevin siyasətinin mərkəzində durması məntiqindən irəli gəlmişdir. Keçən 1 il ərzində effektiv və innovativ komandanın formalaşması istiqamətində aparılan işlər, bu komandanın apardığı səmərəli və real, obyektiv tədqiqatlar seçilən istiqamətin doğru olduğunu göstərdi. Belə ciddi mərkəzlər adətən uzun illər ərzində formalaşır. Ancaq ilk 1 il göstərdi ki, belə bir mərkəzə və onun təhlillərinə ciddi ehtiyac var. Mərkəzin rəhbərliyinin innovasiyalara və elmi yanaşmalara üstünlük verməsi həm bizi sevindirir, həm də ekspertlər dünyasında onun təqdiqatlarına istinadı gücləndirir. Hazırkı tədqiqatlar cəmiyyətin sosial əhval ruhiyyəsini də ölçməkdə mötəbər mənbələrdən biridir. İnanıram ki, gələcəkdə də STM həm dövlətimizin, həm də cəmiyyətimizin inkişafında öz əlahiddə rolunu oynacayacaq, dövlət başçısı tərəfindən aparılan islahatların effektiv icra olunmasına öz təhlilləri ilə çalışacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər