Tahir Mirkişili: Hər bir otelin aldığı ulduz müştərilərə göstərilən xidmətlə üst-üstə düşəcək

983

“Turizm haqqında” yeni qanun hazırlanır və onun payız sessiyasında qəbulu planlaşdırılır”.

APA-nın məlumatına görə, bunu Milli Ulduz Təsnifatı Sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, burada kifayət qədər yeniliklər var. Bu qanun turizm sektorunun getdikcə daha müasir metodlarla tənzimlənməsini, bu sahədə sahibkarlara güzəşt edilməsi, dəstək göstərilməsi, işğaldan azad olunmuş Qarabağda turizmin inkişaf etdirilməsini nəzərdə tutur: “2019-cu ilin sonunda turizm sektoru Azərbaycanda ümumdaxili məhsulda 2,3 faiz paya sahib olub. Həmin ilin sonunda Azərbaycanın turizm sektorunda 25 min insan çalışırdı. Bizim əsas hədəflərimiz 2025-ci ilə qədər ümumdaxili məhsulda turizmin payının 5 faizə, turizm sektorunda çalışanların sayının isə 50 min nəfərə çatdırılması idi. Bu il Azərbaycanda turizm sektoru 2 dəfə azalıb, ümumdaxili məhsulda payı 2,3 faizdən 1,2 faizə enib. Pandemiyadan sonra əsas məqsədlərdən biri turizmin inkişaf etməsidir. Azərbaycan turizm sahəsində yeni standartların tətbiqi, Milli Ulduz Təsnifatının verilməsi vacibdir. Bunun məhz indi baş verməsini yüksək dəyərləndirirəm”.

“Düşünürəm ki, irəlidə bizi yeniliklər gözləyir. Turizm sektorundan gözlətilərimiz çox böyükdür. Bu sahə Azərbaycanda innovasiyaların tədbiqi və inkişafı baxımından da aparıcı rola malik olacaq”, – deyə Tahir Mirkişili söyləyib.

Milli Ulduz təsnifat sistemini yüksək qiymətləndirən Tahir Mirkişili bildirib ki, hər bir otelin aldığı ulduz müştərilərə göstərilən xidmətlə üst-üstə düşəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər