Tahir Mirkişili Laçın hava limanının əhəmiyyətindən danışdı – AÇIQLAMA

648

“Bu gün Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümüdür. Böyük fəxr hissi ilə bu günü qeyd edirik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mətbuata açıqlamasında bu barədə danışıb.
Millət vəkili deyib ki, bölgədə artıq yeni reallıqlar yaranıb: “Azərbaycan öz diqtəsini bölgədə bir daha göstərdi. Qarabağın işğaldan azad olunması və bu ərazilərdə aparılan bərpa-quruculuq işləri  bölgənin iqtisadi və siyasi mənzərəsinə yeni abu-hava gətirirəcək. Xüsusən işğaldan azad olunan rayonlarda hava limanlarının tikilməsi bu baxımdan daha da önəmlidir. Artıq Laçın rayonunda da hava limanının tikintisinə başlanılıb. Bu, işğaldan azad olunan ərazilərimizdə tikilən üçüncü hava limanıdır. Laçın rayonunda hava limanın istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti olacaq. Bu hava limanı  bölgənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Bu, eyni zamanda bərpa işlərinin aparılması üçün daşımaların həyata keçirilməsi işini də sürətləndirəcək. Həmçinin gələckdə beynəlxalq daşımalar üçün də bu aeroportan istifadə olunacaq”.
Komitə sədrinin sözlərinə görə, gələcəkdə Laçının turizm məkanı olaraq istifadə olunmasına da bu aeroportun böyük əhəmiyyəti olacaq: “Laçın rayonu  gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir. Burada erməni vandalizminin qurbanı olan dağıdılmış ev və ya abidələrin qalıqlarından ibarət açıq səma altında muzeylər yaratmaq mümkündür. Həmçinin bu rayonda da yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləcək. Laçın hava limanının tikilməsi bura turist axınını da sürətləndirəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər