Tahir Mirkişili Sumqayıt sakinlərini təbrik etdi: "2020-ci ildə şəhərimiz üçün daha da əzmlə çalışmalıyıq"

1687

Sumqayıtın millət vəkili Tahir Mirkişili Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, eləcə də Sumqayıt sakinlərini təbrikib edib.

Tahir Mirkişili sumqayitxeber.com-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, eləcə də Sumqayıt sakinlərinə təbriklərini çatdırıb: “Hər iki bayram münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirəm, ailələrə sevinc, rifah dolu xoş anlar arzulayıram. 

T.Mirkişili bildirib ki, hər il ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük  sevinc və həvəslə qeyd edilir. Xalqımız həmrəylik gününü hər ötən il daha geniş şəkildə qeyd edir. Bu tarixi gün dünyanın 70-dən çox ölkəsində məskunlaşmış soydaşlarımız üçün ən çox sevilən bayramlardan birinə çevrilib. Azərbaycanı özünə doğma və tarixi vətən bilən soydaşlarımızın həmrəylik nümayiş etdirməsi olduqca önəmli və qürurvericidir.  

Tahir Mirkişili geridə qoyduğumuz 2019-cu ilin Azərbaycan xalqının birlik və həmrəylik şəhəri olan Sumqayıt üçün də uğurlu il olduğunu vurğulayıb: ” 2019-cu il Sumqayıt üçün 70 illik yubileyinin təntənəli şəkildə qeyd etməsi ilə də yadda qaldı. Sumqayıtlılar şəhərin 70 illk yubileyini böyük sevinc və fərəhlə qeyd etdilər. Şəhərdə bir çox sosial müəssisələr istifadəyə verildi, əhalinin məşğulluğunun artıılması istiqamətində mühüm addımlar atıldı. Şübhəsiz ki, 2020-ci ildə də şəhərdə mühüm layihələrin gerçəkləşdirilməsi gözlənilir. Hər birimiz doğma şəhərimizin inkişafı naminə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün daha da əzmlə çalışmalıyıq. İnanıram ki, qarşıdan gələn il həm şəhərimiz, həm də sakinləri üçün uğurlu bir il olacaq. Bir daha şəhərimizin hər bir sakinini səmimi qəlbdən təbrik edirəm, uğurlar arzulayıram!”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər