Tahir Mirkişilidən DAHA BİR ŞAD XƏBƏR: “Nağdsız ödəniş et, kassa çeklərini topla, 15% geri al”

1585

Pərakəndə ticarət (məsələn, marketlər) və ictimai iaşə obyektlərində (məsələn, restoranlar) ödənişi nağd edən istehlakçıya ödədiyi ƏDV-nin 10%-i, NAĞDSIZ edən istehlakçıya isə 15% qaytarılacaq.

Bu barədə millət vəkili Tahir Mirkişili məlumat verib.
Deputat qeyd edib ki, bu dəyişiklik ölkədə nağdsız ödənişlərin inkişafına dəstək verərək, istehlakçıların nağdsız ödənişlərdə marağını artıraraq və ictimai nəzarət mexanizmlərini təşviq edərək ölkədə uçotdan yayınma hallarının azaldacaq və bərabər rəqabət şəraiti yaradacaq.

Millət vəkili bildirib ki, Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliyin 01 yanvar 2019-cu ildən qüvvəyə minməsi planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər