Tanınmış PR mütəxəssisləri Tahir Mirkişilinin fəaliyyətini dəyərləndirdilər

2850

İctimaiyyətlə əlaqələr (PR)  və media üzrə mütəxəssislər 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin fəaliyyətini və seçki kampaniyasını dəyərləndiriblər.

sumqayitxeber.com İctimaiyyətlə Əlaqələr (PR)  və media üzrə mütəxəssislərin fikirlərini təqdim edir:

PR konsultant Afət Yaqubova:

“Deputat kimi gördüyü işlərin hesabatını verməsini Tahir Mirkişilinin seçki kampaniyasının tərkib hissəsi olaraq çox müsbət addım hesab edirəm. Bu, “Niyə məni seçməlisiniz?” sualına ən yaxşı cavabdır. Müsbət aurası, hər kəslə öz dili ilə danışmağı bacarması, səmimiyyəti ilə seçilir. Sumqayıtlılar üçün doğma olan məkanları və insanları tanıması onun bu şəhərə bağlılığının daha bir göstəricisidir”.

PR üzrə mütəxəssis Samir Əfətli:

Tahir Mirkişili ölkəmizdə və onun hüdudlarından kənarda kifayət qədər tanınan ictimai-siyasi şəxsdir. Seçici qarşısında hesabata və ünsiyyətə açıq olmağı, onu digərlərindən fərqləndirən xüsusiyyətlərdən biridir. Sosial şəbəkələri aktiv istifadə edən Tahir Mirkişili, seçdiyi iki tərəfli kommunikasiya modeli ilə pozitiv abu-hava yaradır. Yeni parlamentimizdə onun kimi produktiv və konstruktiv insanlara mütləq ehtiyacımız var. Uğurlar!”

PR və Media üzrə mütəxəssis Vüsal Məmmədov:

Peşə fəaliyyətimizlə əlaqədar olaraq bütün strukturların, eləcə də Milli Məclis üzvlərinin fəaliyyətini ardıcıl olaraq izləyirik. İndi seçkilər ərəfəsində olduqca böyük entuziazmla marafonu davam etdirən namizədlərdən bir çoxu görəcəyik ki, seçildikdən sonra sükuta qərq olacaq“.

V.Məmmədov Tahir Mirkişilinin ən azı 4 illik fəaliyyəti onunla bağlı bu ehtimalın olmadığını deyir: “İstər iqtisadçı, istər millət vəkili kimi ötən 4 ildə olduqca fəal təsir bağışlayan Tahir müəllimin seçicilərin çoxluğunun səsini qazanacağına inanıram. Doğrudur, adətən deyirlər ki, seçkili orqana birinci dəfə seçilmək daha asandır, nəinki növbəti dəfə – çünki ikinci dəfə namizəd kimi səni qiymətləndirmək üçün yaxşı əsaslar, meyarlar var: ötən dəfə necə işləmisən?! Amma hesab edirəm ki, daha banal mövzuların trend olduğu müasir dövrdə iqtisadçı alim kimi populyarlaşa bilmək, ictimaiyyətə özünü təqdim edə bilmək nə qədər çətin olsa da, Tahir müəllim bu missiyanın da öhdəsindən gəlib. Bəlkə də məqsədi heç bu, olmayıb, amma hər halda, bütün seçiciləri onu tanıyır. Təqdirəlayiq haldır ki, o, seçki ərəfəsində fəaliyyəti ilə bağlı bir sıra istiqamətləri əhatə edən hesabat da yayımladı və aydın oldu ki, T.Mirkişili öz seçiciləri ilə sıx işləyib. İndi seçki kampaniyası da olduqca rəngarəng, unikal və diqqətçəkəndir”.

PR üzrə mütəxəssis Teymur Hacıyev:

“Tahir Mirkişililinin hər bir vətəndaş ilə görüşünü yüksək qiymətləndirirəm. Sumqayıt şəhərinin sakinləri bilirlər ki, o yalnız seçkidən-seçkiyə insanların görüşünə gələn bir insan deyil. Son beş ildəki fəaliyyəti bunu deməyə əsas verir. İctimaiyyətlə əlaqələr mütəxəssisi olaraq ölkədəki ictimai-siyasi prosesləri yaxından izləyirəm. Sözsüz ki, namizədlərin seçki kampaniyalarını da. Bəziləri maraqlı video çəkib sosial media üzərindən yayımlayır, bəziləri qeyri-adi şüarlarla seçicilərin diqqətini cəlb etməyə çalışır. Mən PR mütəxəssis olaraq düşünürəm ki, namizəd ilə seçici arasında kommunikasiya birtərəfli olmamalıdır. Kommunikasiya qarşılıqlı olmalıdır. Namizəd öz sözünü deməklə, mesajlarını göndərməklə yanaşı, seçicinin də nə düşündüyünü və nə istədiyini bilməlidir. Bu səbəbdən seçici ilə birbaşa ünsiyyət önəmlidir. Mən Tahir Mirkişilinin seçki kampaniyası dövründə hər bir Sumqayıt sakininin yanında olduğunu müşahidə edirəm. Zənnimcə ən yaxşı təbliğat üsulu elə seçicinin özü ilə birbaşa ünsiyyətdir ki, biz bunu Tahir Mirkişilinin seçki təbliğatında müşahidə edirik. O həkimdən müəllimə, təqaüdçüdən tələbəyə və baqqaldan qəssaba qədər hər sahənin insanı ilə birbaşa ünsiyyətdədir. Bu ünsiyyət ona imkan verir ki, seçicilərinin nə düşündüklərini, nə istədiklərini yaxşı bilsin və seçiləcəyi təqdirdə bu insanları hakimiyyətin qanunverici qanadında layiqincə təmsil edə bilsin”.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər