Tanınmış vəkil Anar Qasımlı vətəndaşlara müraciət etdi: “Karantin müddətində polislərlə mübahisə etməkdən çəkinin”

1195

Tanınmış vəkil Anar Qasımlı vətəndaşlara çağırış edib. 

Rəsmi facebook səhifəsində etdiyi paylaşımda Anar Qasımlı vətəndaşları Karantin müddətində polislərlə mübahisə etməkdən çəkinməyə, onların tələblərinə əməl etməyə çağırıb:

Əziz dostlar!
Sərt karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşlarının üzərinə daha böyük vəzifələr düşür. Onlar bu müddətdə daha gərgin iş rejimində çalışacaqlar və nəzərə alın ki, polis əməkdaşları robot deyillər, onlar da bizim qardaş və bacılarımızdır, onlar da yorulur, əsəbləşir, onların da ailə üzvləri bizimlə eyni rejimdə yaşayırlar, onlar da evdə qalır, qaydalar çərçivəsində evdən çıxırlar.

Karantin müddətində polislərlə mübahisə etməkdən çəkinin, onların tələblərinə əməl edin. Polis əməkdaşlarını yormayın, əsəblərini pozmayın“.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər