TARIX VƏ BIZ

866

d4d0dfa96989“Qarabağ bizimdir”, “Şəhidlərimiz ölməzdir”, “Ya Qarabağ ya ölüm” şüarlarını səsləndirməyi də çox gözəl bacarırıq. Üzülməyənlər artıq özlərini Qarabağlı saymırlar.

Bu gün Azərbaycanımızın bir çox yerlərində, və ya Bakının bir çox küçələrində milli atributlara qarşı bir hörmətsizlik edənlər olsa, həmən şəxs çox az insanın sərt təpkisiylə üzləşər. Bax bu   insanlar  tarixini bilənlər, millətini sevənlərdir.

Şəhidlərimizə hörmət qoymamaqla, müğənnilərin həyatını “Babəklərdən”, “Rəsulzadələrdən” daha yaxşı bilməklə, özgələrinin adət-ənənələrini qavramaqla, mənəviyyatsızlaşmaqla hara doğru getdiyimizi heç düşünürükmü? Yəqin ki, bu əməllərimizə görə üstünə basdığımız torpaqlar bir gün bizdən imtina edəcək.

Bəlkə də unudmuşuq, amma fərqində deyilik. Bütün bunların unudulmasının günahını birilərinə aid etmək heç də düzgün deyil. Hamımızın günahıdır desək daha doğru olar. Hər qarışı qızıl olan torpaqlarımıza, bizlər ədalətli davranmırıq. Belə getsə bu torpaqların ahı bir gün bizi tutacaq.

“HƏR TƏRƏFLI VƏTƏNPƏRVƏRLIK” DUYĞULARI

Sadəcə adını çəkməklə yetindiyimiz qara bəxtli Qarabağ adlı torpağımız, bəlkə də başqalarına məxsus olsaydı dəyərini bizdən daha yaxşı biləcəkdilər.  Biz hətta o torpaqlarda şəhid olan mərd oğullarımıza olan hörməti də zamanla itirdiyimizin fərqində deyilik. Orda şəhid olan mərd oğullarımız bilsəydilər ki, Qarabağ azad olunmadan onların məzar daşları önündə konsert programları keçiriləcək. Şəhidlik yolunu seçərmiydilər yenə də? Bax bu sualın cavabını bizlər bilmərik və biz özümüz o yolu seçmərik.

Möhtəşəm konsert salonlarında  təşkil olunan konsert proqramlarında müğənni sədaları altında və qurulan atəşfəşanlıq altında əylənməyi çox gözəl bacarırıq. Amma heç başımızı biraz yuxarı qaldırıb bizə yuxarıdan baxan şəhidləri heç görə bilmirik. Onları görə bilməməyimizin səbəbi konsertlerin ümumiyyətlə “qaranlıq saatlarda keçirilməsidir?” yoxsa “bizlərin gözlərinə çökən qaranlıqmıdır?”.

Niyə biz hələ də torpaqlarımıza olan həsrətimizi mahnılarda və müəyyən vaxtlarda dilə gətirməliyik ki? Ən başlıca problemimiz sayılan Qarabağ heç də bu hərəkətlərimizlə həll olunmayacaq. Qarabağa həsr olunan bu bəstələrdən fərqli olaraq, “Unutmaq olarmı Borçalımızı?” və ya “Təbriz həsrəti” bəstələrimizin də bir zamanlar səsləndiyini bilirik. Amma o torpaqları və onlara həsr olunan şüarları tamamilə unuduruq sanki və hətta unudmuşuq. Həm də nə tez !

Keçirilən belə çox saylı tədbirlərdə və ya işğal edilmiş bir çox rayonlarımızın adlarını daşıyan restoranlarda əylənməyi bacaran bizlər, başqa yerlərdə də “Qarabağ bizimdir”, “Şəhidlərimiz ölməzdir”, “Ya Qarabağ ya ölüm” şüarlarını səsləndirməyi də çox gözəl bacarırıq. Qarabağın qan yaddaşımızda olduğunu isə hər fürsətdə bildiririk. Səbəbi görəsən “Qarabağın daha yaralı olduğumudur?” yoxsa “Qarabağ sonuncu itirdiyimiz doğma torpağımızdır” deyə mi? Hər iki cavabı verməkdə haqlıyıq. “Qarabağı heç unuda bilərik?” soruşsalar bizdən, hamımız bir nəfər kimi “əlbəttə yox” cavabını verərik. Amma belə getsə “bir gün unudacağıq” qorxusunu isə heç kəs özündə daşımır. Tariximizə nəzər yetirsək nə qədər unutqan bir xalq olduğumuzu açıq şəkildə görə bilərik. “Ya Qarabağ ya ölüm” və ya “Qarabağ bizimdir bizim qalacaq” şüarları ilə o torpaqların geri alınmasının və ya o tarixlərin qan yaddaşımızda əbədiləşməsini qorumağın mümkün olmadığını beynimizə həkk etməliyik. Yəqin ki, belə “hər tərəfli vətənpərvərlik” duyğuları dünyada sadəcə bizlərə məxsusdur.

O torpaqların övladı olanlar görəsən üzülürmü doğma yurdlarını itirməklərinə? Üzülənlər qədər sevinənlərin də var olduğunu bilirikmi? Üzülənləri görə bilirik, amma üzülməyənləri heç görə bilmirik. Çünkü üzülməyənlər artıq özlərini Qarabağlı saymırlar. Bəlkə də haqlıdırlar. Çünkü o torpaqları verməmək bütün Azərbaycanın vətəndaşlarının üstünə düşən vəzifə idi. O günlərdə yeni qurulan dövlətimiz buna qadir olmaya bilərdi. Amma son 10 ildə yüksələn iqtisadiyyatımızla və gücləndiyini iddia elədiyimiz ordumuzla o torpaqları hələ də geri ala bilməməyimiz çox qəribədir. 20 il səbr etdiyimizə görə bir bilinənlər var mütləq. Kaş o bilinənləri biz hamımız bilə bilsək !

RAMIL SƏFƏROV- Bəs niyə Azərbaycan hələ də ona yiyə durmaq niyyətində deyil?

Bu günün tarixini (22.07.2010) nəzərə aldığımızda, Ramil Səfərov həbsxana həyatında 2347-ci gününə qədəm qoymuş olur. Onun bu zülmü çəkməsi, sadəcə “Azərbaycan” uğrunadır. Niyə o adı biz yaşadmırıq? Bəlkə də bu internet dünyası olmasaydı, məndə Ramil Səfərov haqqında bir şey bilməyəcəkdim. Çünkü Azərbaycan üçün ömrünü qaranlıq otaqda çəkməyə qurban verən bu mərd oğul haqqında, başqa heç bir yerdə xəbər görmürük. Bu hərəkətimizin “halal çörəyə atılan təpikdən” fərqi nədir görəsən? Ona dəyər verilmədiyini görən hər hansı bir cavan, onun seçdiyi yolu seçərmi? Bəlkə də Tanrı onun talehini, “bizlərdə milli ruhu oyandırmaq” naminə qara yazdı. Amma biz yenə də dünənki biz olaraq qalmışıq. Biz “Heyfslər olsun !” deyirik. Onun mərdliyi isə bu sözü qəbul etmir. Allah onun qapısını açıq etsin!

RAMİL ZEYNALLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər