Təhsil Şöbəsinin keçmiş müdiri Mahal Əliyevdən açıqlama

657

“Bu günə kimi kifayət qədər işləyərək Azərbaycan təhsilinə xidmət etmişəm. Hazırda səhhətim imkan vermədiyindən, özüm könüllü olaraq vəzifəmdən azad olunmuşam”. Bunu APA-ya açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Mahal Əliyev deyib.

İşdən öz ərizəsi ilə azad olunduğunu deyən M.Əliyev qeyd edib ki, bir müddət sonra səhhəti ilə əlaqədar uzunmüddətli müalicəyə gedəcək. Onun sözlərinə görə, səhhəti normal olmadan işləmək düzgün deyil və bu, təhsilə də mənfi təsir göstərər: “Bundan əlavə, 65 yaşım tamam olub. Bütün bunları nəzərə alaraq səhhətimlə əlaqədar öz ərizəmlə işdən azad olundum”.

M.Əliyev qeyd edib ki, onun əvəzinə həmin vəzifəyə hələlik kimsə təyin olunmayıb, vəzifələrini müvəqqəti olaraq müavini icra edir.

Təhsil Nazirliyindən də APA-ya bildirilib ki, hələlik Mahal Əliyevin yerinə Sumqayıt təhsil şöbəsinə yeni müdir təyin edilməyib. Bu, kadr dəyişikliyi məsələsi olduğu üçün bir az zaman aparacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər