Tələbə Texnologiya Texnikumunu PARTLATDI: 18 ölü, 50 yaralı - FOTO/VİDEO

3419

Terror aktını təhsil müəssisəsinin 22 yaşlı tələbə təşkil edib. Bu barədə Krımın baş naziri Sergey Aksyonov bildirib. O, partlayışdan sonra intihar edib.

Vladislav Roslyakov adlı tələbə dördüncü kursda oxuyurdu.

“İstintaq orqanları işləyir, qatilin bədəni ikinci mərtəbədə kitabxanada aşkar edilib”, – Aksyonov deyib.
Daha əvvəl RBK agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə danışıb ki, tələbələrin ifadələrinə əsasən, tələbələrdən biri çantanı yemək otağında qoyaraq oranı tərk edib.

“Tələbələr danışdılar ki, onun partlayıcı maddələrlə təcrübələr keçdiyini haqqında eşidirdilər”, – nəşrin həmsöhbəti dedi.

Aksyonov terror aktı nəticəsində 18 nəfərin həlak olduğunu deyib.

***

Milli terrorçuluğa qarşı Komitədən verilən məlumata görə, quraşdırılmamış partlayıcı qurğu partlayıb.

Hazırda hadisə yerində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyirlər.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hadisənin səbəblərindən biri kimi terror aktı versiyasına baxılır. Onun sözlərinə görə, prezident Vladimir Putinə hadisə barədə məlumat verilib. Prezident Federal Təhlükəsizlik Xidməti və istintaq orqanlarına partlayışın səbəblərini təcili müəyyən etməyi tapşırıb.

***

Krımın Kerç şəhərində Texnologiya Texnikumunda partlayış baş verib.

Publika.az xəbər verir ki, PEN TV-nin məlumatına görə, hadisə nəticəsində 13 insan həlak olub, 50 nəfər yaralanıb.

İlkin informasiyaya görə, hadisəyə səbəb məişət qazının partlaması olub.

TASS agentliyinin təcili xidmətlərdəki həlak olanlar və zərərçəkənlərin olduğu barədə informasiyanı təsdiq edib. Həmçinin həkimlərə istinadən agentlik dəqiqləşdirib ki, 13 nəfər partlayışın qurbanı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər