Tələbələrin konfransı bitdi

771

Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin ənənəvi elmi konfransı sona çatdı

Bu gün Sumqayıt Dövlət Universiteti (SDU) Tələbə Elmi Cəmiyyətinin VII ənənəvi elmi konfransı sona çatdı. Dekabrın 25-də işinə başlayan konfransı universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq bir neçə gün öncə bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə bağlı keçirilən mərasimin yüksək səviyyədə təşkil olunduğunu bildirdi, SDU-nun son illərdə qazandığı uğurlardan, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün aparılan işlərdən, eyni zamanda tələbələrin elmi fəaliyyətindən söhbət açdı.

Rektor qeyd etdi ki, hər il öz tezisiləri ilə konfransa iştirak edən tələbələrin sayı artmaqdadır. “Bu, təhsilimizin və elmimizin inkişafından xəbər verir” – deyən N.Qəhrəmanov bildirdi ki, belə konfransların keçirilməsi elmi işlərlə məşğul olan tələbələr üçün çox vacibdir.

Daha sonra çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov dedi ki, konfrans işini bölmə iclaslarında davam etdirəcək, məruzələr daha sonra kitab halında çap ediləcək, ən yaxşı çıxışlara görə tələbələr Fəxri Fərmanlarla təltif olunacaq.

Rus dili kafedrasının müdiri Ramazan Məmmədov da konfrans barədə məlumat verdi, onun əhəmiyyətindən bəhs etdi.

Bu gün isə konfrans işini yekunlaşdırdı.

 

 

Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər