Təlim-Tədris Mərkəzinə 286 nəfər müraciət edib

646

“Azərikimya” İstehsalat Birliyinin (İB) kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə Sumqayıtda fəaliyyətə başlayan Təlim-Tədris Mərkəzinə elan edilmiş şagird qəbulu başa çatıb
İB-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Təlim-Tədris Mərkəzinə 286 nəfər müraciət etmişdir. Onların 70-i aparatçı, 54-ü nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, 44-ü elektrik-qaz qaynaqçısı, 41-i elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, 20-si tornaçı, 30-u kompressor qurğu maşinisti, 27-si isə təmirçi-çilingər ixtisaslarına yiyələnmək istəyində olanlardır.
Birinci turda namizədlərin elektron ərizə formasının müsabiqənin şərtlərinə uyğunluğu yoxlanılmış, şərtlərə uyğun gəlməyən namizədlər kənarlaşdırılmışlar.
Mərkəzə 7 ixtisas üzrə cəmi 100 nəfərin qəbul edilməsi nəzərdə tutulmuşdur. Müraciət edən namizədlərə müsabiqədə iştirak etmək üçün 1 yer uğrunda iddia edənlərin nəfər sayını nəzərə almaqla, elektron ərizələrində seçmiş olduqları ixtisası bir dəfə dəyişmək imkanı verilmişdir.
2012-ci il iyulun 26-28-də müsabiqənin ikinci turu çərçivəsində müsahibələr keçiriləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər