Təmizlik Departamenti 3 ədəd yeni texnika alıb

912

Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən tullantı yeşikləri və iri konteynerlə yanaşı, yeni maşın və mexanizmlər alınıb. Belə ki, Departament tərəfindən şəhər ərazisində məişət tullantılarının daşınmasını daha da operativ olaraq təmin etmək məqsədilə 3 ədəd yeni texnika alınıb. Yeni alınmış “Ford” markalı texnika özüboşaldan, yol süpürən və zibilyığandır. Ümumilikdə isə şəhər ərazisində 26 ədəd xüsusi təyinatlı avtomaşınlara 2 növbəli iş rejimi tətbiq edilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 230 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 1000 ədəddən çox konteyner düzülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər