Temperatur yenidən 43 dərəcəyə qalxacaq – XƏBƏRDARLIQ -YENİLƏNİB

306

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.

Azərbaycanın rayonlarında iyulun 11-dən iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

***

13:27

Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

İyulun 11-də Abşeron şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edirik.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

İyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər