Təsis olunmasından bir il ötdü

1201

Dünya Azərbaycanlıları Gənclər Birliyinin təsis olunmasından artıq bir il ötdü. Ötən bir il ərzində Dünya Azərbaycanlıları Gənclər Birliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siayasətdə əldə olunan uğurları əsas tutaraq Azərbaycanın dünyada daha da tanınması istiqamətində möhtəşəm layihələr həyata keçirib.
Artıq bu gün Azərbaycan gənci istər Vətənində yaşayıb, fəaliyyət göstərsin, istərsə də Vətəndən kənarda, onun üçün bir ali məqsəd var, o da durmadan inkişaf edən, müstəqil, azad və bütöv Azərbaycan. Azərbaycanda və dünyanın başqa ölkələrində yaşayan hər bir azərbaycanlı gənc, Vətəni və Milləti naminə Ümummili məsələlərdə birləşməyi, səfərbər olmağı özünə mənəvi borc hesab etməlidir.
Bu istiqamətdə Dünya Azərbaycanlıları Gənclər Birliyi ötən bir il ərzində xaricdə diaspora fəaliyyəti ilə məşğul olan gənclərimizin, Azərbaycanda və Azərbaycandan kənarda fəaliyyət göstərən gənclər təşkilatlarımızın, ümumilikdəbütün dünyada yaşayan,Vətənini, Millətini sevən azərbaycanlı gənclərin ümummilli məsələlərdə təşkilatlanmasında,birləşməsində, həmrəy və səfərbər olmasında böyük işlər görüb.
Odur ki, Dünya Azərbaycanlıları Gənclər Birliyinin ötən bir il ərzində əldə etdiyi uğurlar və təsis olunmasının bir ili münasibətilə başda Birliyin sədri Ramin Məmmədov olmaqla Birliyin bütün əməkdaşlarını, dünyanın bir çox ölkələrində diaspora fəaliyyəti ilə məşğul olan və ümumilikdə bütün dünyada yaşayan və fəaliyyət göstərən Azərbaycanlı Gəncləri təbrik edir, “Durmadan İşlərə Davam” şüarı ilə çixdığınız yolda hər birinizə uğurlar, yeni-yeni qələbələr arzulayırıq.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatnın fəal gəncləri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər