Menu
Geri İrəli

2013-cü ildə Google-da ən çox nə axtarılıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2013 • Baxış sayı: 440 dəfə • Şərh yoxdur

2013-cü ildə istifadəçilər “Google” axtarış sistemində ən çox CAR-ın keçmiş lideri Nelson Mandela və Hollivud aktyoru Pol Uoker haqqında informasiya axtarıblar. Şirkətin rəsmi bloqu bildirdiyi kimi, ekspertlər 72 ölkədən axtarış sorğularını qiymətləndirirdilər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ilin əsas mövzuları üzrə siyahıda üçüncü yerdə “Apple” şirkətinin “iPhone 5s” smartfonu, dördüncüdə aktyor Kori Monteyt, beşincidə isə Harlem Shake üzrə verilmiş sorğular qərarlaşıb.

“Samsung Galaxy s4”, “PlayStation 4” və Şimali Koreya sorğuları, həmçinin ilk onluqda yer alıb.

google

Facebook Şərhləndirmə:

Şərhinizi yazın