Menu
Geri İrəli

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

57860Prezint Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Facebook” səhifəsi aktiv deyil. ANS PRESS-in məlumatına görə, sosial şəbəkəsindəki rəsmi səhifə dünəndən bağlanıb. Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə rəsmilərin hesabları və onlar adından saxta (duplicated) hesabların yaradılması müzakirə mövzusudur. 

ANS PRESS-in məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev öz Facebook səhifəsində bu barədə məlumat yazmışdı: 

“Diqqətinizə bu məsələ ilə bağlı kiçik məlumat çatdırmaq istədim.

Dünən AR Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Facebook hesabı ilə bağlı kiçik araşdırma apardım. Əldə etdiyim nəticələrin rəsmi qurumlarla dəqiqliyini yoxladım və beləliklə, AR PA rəhbərinin yeganə Facebook səhifəsi Ramiz Mehdiyev (http://www.facebook.com/mehdiyevramiz) səhifəsidir. Hal-hazırda 11 000 nəfərdən artıq istifadəçi bu səhifəni izləyir. Bütün digər eyniadlı səhifə və profillər isə saxtadırlar (duplicated).

Ümumiyətlə, Facebook-da səhifələrin saxta olub-olmamasını bilmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

1) Rəsmi səhifənin izləyicilərinin sayı saxta səhifəyə nisbətən çox olur.
2) Rəsmi səhifələrə rəsmi saytlar və digər verified səhifələrdən keçidlər verilir.
3) Məlumatlar daha operativ və peşəkar formada paylaşılır və s.”

Prezident Administrasiyası rəhbərinin adına olan bir neçə saxta Facebook səhifəsə isə fəaliyyətini davam etdirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın