Menu
Geri İrəli

“Bentley”in əlavəsi milyarderlərə avtomobil seçməkdə kömək edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 794 dəfə • Şərh yoxdur

707754279969f5e62777d17e844b2bd3

“Bentley” şirkəti tərəfindən hazırlanan “The Inspirator” əlavəsi insan emosiyalarını qiymətləndirərək, avtomobil seçməyə imkan verəcək.

“Bentley” şirkəti bu əlavəni iOS platformasında tərtib edib.

Əlavə “Bentley Bentayaga SUV” avtomobilin alıcıları üçün ən yaxşı komplektasiyanı təyin etməyə imkan verəcək. Belə ki, əlavə müxtəlif mövzulu videolara baxdığı zaman insanın simasını skanlaşdırıb, sonradan insanın daha yaxşı və qeyri-adi epizodlara münasibət bildirdiyini müəyyən edir. Nəhayət, əlavə “Bentayaga” komplektasiyasını – maşının təkərləri, rəngi, parçasını göstərərək,  istifadəçinin müvafiq emosiyalarını nümayiş etdirir.

Hazırda əlavə ancaq “Bentayaga” modelinin komplektasiyasını müəyyən edir. Gələcəkdə isə o, “Bentley”in digər modellərinin alıcısı olmaq istəyənlər üçün adaptasiya ediləcək.

Qeyd edək ki, daha əvvəl bu texnologiya “Uniqlo” geyim mağazaları şəbəkəsində seçim etməyə kömək edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın