Menu
Geri İrəli

99.99 dollarlıq planşet satışa çıxarılıb

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 28 Noyabr 2014 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

“HP” şirkəti “Windows” ilə işləyən 99,99 dollarlıq planşetini buraxıb.

f7188178a8e88be37136b28d5ed5c5ce

sumqayitxeber.com-un ictnews.az-a istinadən verdiyi xəbərə görə, ikinci fərdi kompüter istehsalçısı “Hewlett-Packard” “Microsoft”a verdiyi vədinə (istehlakçılara 100 dollaradək qiymətdə “Windows” ilə işləyən planşet təklifi) yerinə yetirib. Yeni qurğunun dəyəri 99,99 dollar təşkil edir.

“HP Stream 7” planşeti 1280×800 piksel təsvir ölçülü 7 düymlük ekrana malikdir. Planşet 1.8 QHs takt tezlikli dördnüvəli “Intel Atom Z3735G” prosessoru və daxili “Intel HD Graphics” qrafik kontrolleri ilə təchiz edilib.

Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 32 QB tutumunda daşıyıcı ilə təchiz edilib. Planşet “microSD” yaddaş kartlarını dəstəkləyir.

Qurğu qulaqlıqların qoşulması üçün konnektora və “Micro-USB” portuna malikdir. “Wi-Fi 802.11b/g/n”-ni dəstəkləyir. Arxa və ön kameralar var.

Planşetin çəkisi 363 qramdır.

“HP Stream 7” planşeti 3000 milliamper/saat həcmində akkumulyatorla təchiz edilib. Qurğunun avtonom iş vaxtı 8 saat təşkil edir.

“HP Stream 7” planşetini hələ ki yalnız ABŞ-da satın almaq olar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın