Menu
Geri İrəli

Alimlər: Smartfonlar xərçəng yaratmır

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2016 • Baxış sayı: 555 dəfə • Şərh yoxdur

telefonİnsanlar arasında çoxdandır belə bir şayiə gəzir ki, mobil telefonlar beyin xərçəngi yarada bilir

Lent.az-ın “ilenta.com” saytına istinadən məlumatına görə, bu məsələni avstraliyalı alimlər öyrənməyə başlayıblar.

 “Cancer Epidemiology” jurnalında dərc olunan məlumata əsasən, mobil cihazlar ölümcül xəstəliklərə gətirib çıxarmır. Belə bir qənaətə alimlər son üç onillik ərzində toplanan məlumatlar əsasında gəliblər.
Qeyd edək ki, Avstraliyada xərçənglə bağlı bütün diaqnostik hadisələr xüsusi reyestrdə qeydiyyata alınıb. Araşdırmanın aparılması üçün 1982-ci ildən 2012-ci ilə qədər olan 34 000 nəfər kişi və qadının tibbi məlumatlarından istifadə olunub. Mobil texnologiyaların tətbiqi və inkişafının statistikasını göstərmək üçün 1987-2012-ci ilin mobil operatorlarının məlumatları diqqətə alınıb.
Bu müddət ərzində mobil telefonların populyarlığı bir neçə dəfə artıb. Əgər 1993-cü ildə mobil telefon 10 faiz istifadəçidə vardısa, 2012-ci ildə bu göstərici 95 faizi ötüb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın