Menu
Geri İrəli

“Amazon” üç aylıq gəlirlərini açıqladı – 23 milyard dollar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

Amazon.com Illustrations Ahead Of EarningsBu ilin ilk üç ayında “Amazon” şirkəti 22,72 milyard dollar gəlir əldə edib.

 İKT.lent.az-ın ervernews.ru saytına istinadən xəbərinə görə, bu barədə şirkətin bu ilin ilk rübünün nəticələri ilə bağlı açıqladığı hesabatda deyilir.

Belə ki, şirkətin gəlirləri öncədən verilən proqnozlardan üstün olub.  Ötən ilin ilk rübündə “Amazon”un gəlirləri 19,74 milyard dollar idisə, bu il bu rəqəm 15 faiz artıb.

Şirkətin əməliyyat gəlirləri 74 faiz artaraq 146 milyard dollardan 255 milyard dollara çatıb. Eyni zamanda rübün nəticələrinə görə, şirkətin xalis itkiləri 57 milyon dollar olub və ya hər bir qiymətli kağızın dəyərləndirilməsinin 12 faizini təşkil edib. Daha əvvəlki illə müqayisədə isə “Amazon” 108 milyon dollar xalis gəlir əldə edib.

Bu ilin ikinci rübündə isə şirkət gəlirlərinin 20,6-22,8 milyard dollar olacağını hesablayıb. Bu da ötən ilin ikinci rübü ilə müqayisədə 7-18 faiz artım deməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın