Menu
Geri İrəli

Android-li telefonunuz var? Ehtiyatlı olun!

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2014 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

telefon_2fns_37tm_48tgh6

Android əməliyyat sistemi əsasında çalışan telefonların “İstehsalçı (zavod) sazlanması”na qaytarılması smartfondakı fərdi informasiyalırn tam pozulması ilə nəticələnmir.

 

Smartfon sahiblərinin əksəriyyəti gec və ya tez köhnə aparatı satıb yeni smartfon alırlar. Bu zaman onlar, təbii ki, əvvəlki smartfondakı bütün fərdi informasiyaları, videoları, fotoları, parolları, yazışmaları pozurlar.

 

Dünyaca məşhur AVAST kompüter təhlükəsizliyi şirkəti Android əməliyyat sisteminin “istehsalçı sazlanması”na qaytarılmasından sonrakı vəziyyətini yoxlamaq qərarına gəlib.

 

Milli.Az CNet-ə istinadən bildirir ki, şirkətin ekspertləri köhnə smartfonunu satmaq və ya bağışlamaq qərarına gələn şəxslərin aparatı “istehsalçı sazlanması” vəziyyətinə qaytardıqdan sonra oradakı bütün informasiyaların silindiyini düşünmələrini yanlış olduğunu bildiriblər.

 

Ekspertlər dünyanın ən böyük onlayn alış-veriş sistemi olan eBay-da satışa çıxarılmış Android-li smartfonlar arasından 20 aparat alıblar.

 

Həmin aparatların sahibləri özləri ilə bağlı bütün məlumatları telefonun yaddaşından sildiklərini düşünürdülər.

 

Lakin ekspertlər sözügedən smartfonlarda 40 mindən artıq fotoşəkil, 750 elektron məktub, 250 telefon nömrəsi və ad, sabiq sahiblər barədə fərdi məlumatları tam bərpa edə biliblər.
AVAST-ın mobil devayslar departamentinin rəhbəri Cud MakKolqanın dediyinə görə, eyni vəziyyət Android əməliyyat sistemi əsasında işləyən planşetlərdə də müşahidə olunur.
 ”Sahibləri smartfon və ya planşetlərdəki fərdi informasiyaları, foto və videoları tam sildiklərini düşünürlər. Halbuki bu informasiyaların sonradan bərpası çox asan prosesdir”, – C.MakKolqan deyib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın