Menu
Geri İrəli

“Apple” 230 milyon cərimə ödəyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

aplle

Viskonsin ştatının paytaxtı Madisonda yerləşən federal məhkəmənin çıxartdığı qərara əsasən, ABŞ-ın «Apple» korporasiyası Viskonsin-Medison Universitetinin əməkdaşları tərəfindən hazırlanmış texnologiyanın patent hüququnu pozduğuna görə sözügedən universitetə 234 milyon dollar ödəyəcək.

Viskonsin-Medison Universiteti «Apple» korporasiyasını 1998-ci ildə universitet tərəfindən qeydiyyatdan keçirilmiş patentin pozulmasında ittiham edərək ötən ilin yanvarında ABŞ şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Universitetin nümayəndələri iddia edir ki, korporasiya universitetdə hazırlanmış müvafiq mikroçip yaradılması texnologiyasından qanunsuz istifadə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın