Menu
Geri İrəli

“Apple” müştərilərinə pis xəbər verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2014 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

aple“Apple” şirkəti ötən ay təqdim etdiyi “ağıllı saat”lar barədə yeni açıqlama verib.

ANS PRESS-in məlumatına görə, şirkətin icraçı direktoru Tim Kook bidirib ki, “Apple” muştərilərinə keyfiyyətli məhsul təqdim etmək istəyir, amma görünür “ağıllı saat”lar müştəriləri məmnun etməyib:

“İnsanlar bu məhsulu davamlı istifadə edəcək. Buna görə “Apple Watch”ın hər gün şarja ehtiyac duyacağını düşünürük”.

Qeyd edək ki, sentyabrın 9-da təqdim olunan saatların 2 gün ərzində şarj saxlayacağı deyilirdi. Görünür şirkət ağıllı cihazın bu üstünlüyünü təmin etməkdə aciz qalıb. Və bu səbəbdən verilən açıqlamada sürpriz kimi təqdim olunan saatların başqa üstün cəhətlərinin saxlanılması fonunda enerji təminatı problemi həll olunmayıb.

“Apple Watch”, “Apple Watch Sport” və “Apple Watch Edition” adlı üç fərqli modeli olan ağıllı saatın gələn il satışa çıxarılacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın