Menu
Geri İrəli

Artıq «WhatsApp»la da «Bolkart» sifariş etmək mümkündür

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 879 dəfə • 1 şərh

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC müştərilərin rahatlığını təmin etmək məqsədi ilə «Bolkart» sifarişinin yeni üsulunu təqdim edib. Artıq kart sifarişini «Bolkart»ın keçərli olduğu şəhərin iri ticarət mərkəzləri və mağazalarındakı «Bank of Baku» stendlərindən etmək mümkündür.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib «WhatsApp» proqramı ilə (055/050) 447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

 

Banka daxil olan ərizəçinin anketi qısa zamanda təhlil ediləcək və daha sonra müştəri «Bolkart» almaq üçün banka dəvət olunacaq.

 

Qeyd edək ki, 180 mindən çox Azərbaycan vətəndaşı «Bolkart» ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və «Bolkart»ın digər imtiyazlarından faydalanır. «Bolkart MasterCard» isə sahiblərinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.e7ca7eaf6188a4afa7293ab8ab4e5361

Facebook Şərhləndirmə:

“Artıq «WhatsApp»la da «Bolkart» sifariş etmək mümkündür” yazısına bir cavab

  1. Amid məmmədov deyir:

    Mən bol kart isdeyirəm

Şərhinizi yazın