Menu
Geri İrəli

Ayfon istifadəçilərinə şad xəbər – “İOS 7.1”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2014 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

“Aple” şirkəti martın 10-da bazasında “iPhone” smartfonlarının, “iPad” planşet kompüterlərinin və “iPod touch” pleyerlərinin işlədiyi “iOS 7” əməliyyat sistemi üçün “iOS 7.1” yenilənməsini istifadəyə verib.

“Axar.az” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron səhifəsinə istinadən bildirir ki, əməliyyat sisteminə şirkətin bir həftə əvvəl təqdim etdiyi “CarPlay” avtomobil interfeysinin dəstəklənməsi əlavə olunub. İstifadəçinin “Təqvim”ə daxil etdiyi hadisələr indi “Ay” ekranında əks etdirilir. “Siri” (səsli funksiya) əlavəsində “Push-to-talk” funksiyası yer alıb. Bu funksiya işə salındıqda “Siri” “Əsas ekrana qayıt” düyməsi basılı olan halda istifadəçiyə reaksiya verir.

“iOS 7.1”-dəki bir sıra yeniliklər “iPhone 5s” smartfonuna aiddir. Belə ki, “Kamera” proqramı fotonu genişləndirilmiş dinamik diapazonla (HDR) çəkmək funksiyasını avtomatik işə salır, barmaq izlərinin tanınması isə daha dəqiqliklə yerinə yetirilir.

Bundan başqa, “Apple” qurğu ekranlarının işində ara-sıra fasilələr yaradan çatışmazlığı aradan qaldırıb. Şirkət həmçinin bəyan edib ki, “iOS 7.1” quraşdırıldıqdan sonra “iPhone 4” smartfonları daha sürətli işləyəcək.

Qeyd edək ki, yenilənmə pulsuzdur.

ios

Facebook Şərhləndirmə:

Şərhinizi yazın