Menu
Geri İrəli

Azərbaycan da planşet istehsal edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur

Azərbaycanın KÜR kompüter texnikası istehsalı zavodu yaxın vaxtlarda öz brendi ilə planşet kompüterlərin istehsalına başlamağa hazırlaşır. Bunu bazar ertəsi Trend-ə KÜR-ün baş direktoru Rizvan Osmanov deyib.    Onun sözlərinə görə, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur ki, bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır: “Alıcılar planşet kompüterlərə daha çox üstünlük verirlər”.  R.Osmanov qeyd edib ki, bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır: “Şübhəsiz ki, bu sahədə dünya vendorları ilə rəqabət aparmaq bizim üçün çətindir. Çünki bazarda əlverişli qiymətə qurğuların sayı kifayət qədərdir. Buna baxmayaraq, KÜR planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük”.

planshet

Facebook Şərhləndirmə:

Şərhinizi yazın