Menu
Geri İrəli

Azərbaycan “Facebook“da saxta səhifələrlə mübarizəyə başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2014 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Facebook” sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başlayıb. Bu barədə Trend-ə nazirlikdən deyiblər.

Nazirlikdə hazırda bununla bağlı sənəd hazırlanır. Sənəddə “Facebook” sosial şəbəkəsində təhlükəsizlik məsələsinə və arzuolunmaz hallarla mübarizə metodlarına xüsusi diqqət yetiriləcək.

Nazirlikdən bildiriblər ki, sənəd yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq və ETM-in internet səhifəsində yerləşdiriləcək: “Təəssüf ki, bir çox istifadəçi mövcud problemin ciddiliyini dərk etmir. İstifadəçilər çox vaxt hətta bilmirlər ki, onların akkauntu cinayətkarlar tərəfindən ələ keçirilib və ya onların adından saxta səhifələr yaradılıb”.

facebook

Facebook Şərhləndirmə:

Şərhinizi yazın