Menu
Geri İrəli

Azərbaycana xəbərdarlıq

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 21 Noyabr 2014 • Baxış sayı: 240 dəfə • Şərh yoxdur

Azərbaycanın e-mail istifadəçilərinə viruslu məktublar göndərilir

76868

Son zamanlar Azərbaycan üzərində bir sıra spam və yoluxmuş faylların tranzaksiyasında aktivlik müşahidə olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə “my new photo ;) ” mövzusunda olan və “my_photo.zip”, “iphone_photo.zip” , “photo.zip”, “transact_store.zip” və digər bu kimi əlavələrlə (attachment) viruslu məktublar göndərilir.

Aktivliklə əlaqədar olaraq Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi e-mail istifadəçilərini diqqətli olmağa çağırır və e- mail istifadəçilərinə bu kimi mailləri açmamaq və dərhal silməklə bağlı xəbərdarlıq edir.

“Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur”, – deyə mərkəzin xəbərdarlığında qeyd olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın