Menu
Geri İrəli

Azərbaycanda domenlərin sayı açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2014 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

internet-300x219Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur.

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmaqda davam edir.

Hazırda milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22750 domenə çatıb.

Oxu.Az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ilin əvvəlindən bu günədək 4386 domen qeydiyyatdan keçirilib, 2431 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1955 domen təşkil edib.

İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 12%-dən çox olub.

“Hazırda Azərbaycanda 21219 “*.az”, 927 “*.com.az”, 177 “*.edu.az”, 123 “*.org.az”, 74 “*.net.az”, 67 “*.co.az”, 42 “*.int.az”, 52 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”, “IMISHLI.AZ.”

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib”, – məlumatda deyilib.

Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.

Gülnarə Zeynalova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın