Menu
Geri İrəli

Azərbaycanda elektron ticarətin vəziyyəti nə yerdədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2014 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur

komputerOnlayn ticarət ümumi ticarətin cüzi hissəsini təşkil edir.

Ümumiyyətlə, son illər üzrə aparılan təhlillər göstərir ki, internet ticarətindən istifadə edən və plastik kartlarla alış-veriş edənlərin sayında artımlar var. Bu da müsbət tendensiyadır. Amma bütün bunlara rəğmən, hələ də internet ticarəti ümumi ticarət dövriyyəsinin cüzi hissəsini təşkil etməkdə davam edir. Təşviqedici, stimullaşdırıcı, nağd ödənişlərə limitlərin tətbiqinin olmaması kimi hallar elektron ticarətin zəif olmasına gətirib çıxarır.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov müsahibələrinin birində bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil edib.

Oxu.Az ölkədə fəaliyyət göstərən elektron alış -veriş saytlarının əməkdaşlarından elektron alış –verişin vəziyyəti və probemləri ilə maraqlanıb.

Shopera.az saytının rəhbəri Rəşad Camal hesab edir ki, hər il müştərilərin və elektron ticarət dövriyyəsinin həcmi artır. “Bu inkişaf statistik rəqəmlərdə də öz əksini tapır. 2,4 dəfə artım müsbət haldır. Düşünürəm ki, 2015-ci ilin sonunda bizi tamamilə başqa rəqəmlər gözləyir”, deyə o bildirib.

Ödəmə, məhsulun çatdırılması ilə bağlı məsələlərə toxunan Rəşad Camalın sözlərinə görə, müştərilər bir neçə kanal vasitəsilə pulunu ödəyə bilirlər. “İstər, master kartları ilə, istərsə də , taksit kartları ilə ödəmələr həyata keçirilir. Biz çalışırıq ki, müştərilər ödəmələrini yüz faizini onlayn qaydada həyata keçirə bilsinlər. Onu da əlavə edim ki, məhsul 2-3 saat ərzində sifarişçiyə çatdırılır”.

Xarici bazarda çeşidin bol olmasının müştərinin onlayn alış-veriş saytı seçməsinə təsir göstərdiyini vurğulayan Rəşad Camal onu da qeyd edib ki, xarici bazarın elektron ticarət dövriyyəsi, Azərbaycandakından dəfələrlə çoxdur. “Məsələn, saytımızda 2000-4000 məhsul var, amma bu digər əcnəbi bazarlarda milyonlarla ölçülür. Bizi hansısa dünya elektron alış-veriş saytları ilə müqayisə etmək çox gülüncdür. Müştərilərərin xarici elektron alış-veriş saytlarına müraciət etməsinin səbəblərindən biri kimi brendin tanınmasını qeyd etmək olar. Xatırladım ki, telefon qiymətləri Avropanın elektron  alış-veriş bazarlarında təxminən eynidir. Amerikadan gətirilən telefonların qiymətləri ölkəyə gəlib çıxdıqdan sonra yol xərci və s. əlavə olunmaqla  artır”.

Hesablı.com saytının əməkdaşı isə düşünür ki, saytın çox böyük əhatə dairəsi və müştəri kütləsi var. “Düşünürəm ki, xidmətimizdən məmnunluq olmasaydı, bizə müraciət etməzdilər. Bizdən heç şikayət etmirlər demək doğru olmaz, amma yertəri qədər xidmətlərimiz ilə bağlı müsbət rəylər alırıq”, deyə o bildirib.

Onun sözlərinə görə, hər hansı məhsulda yaxud çatdırılma ilə bağlı problemlər yarana bilər. “Bir çox müştərilər sifariş verən zaman onlayn alış-veriş saytlarından o məhsulun dərhal çatdırılmasını istəyir. Bizim saytımızda belə bir məlumat var ki, çatdırılma üç gün ərzində yerinə yetirilir”.

Topdanal.az saytının əməkdaşı isə müştərilərin xarici elektron alış-veriş bazarlarına üstünlük verməsininin səbəbini birbaşa olaraq qiymətlərin ucuz olması ilə əlaqələndirdi. Onun sözlərinə görə, müştərilər ilə öncədən razılaşma  aparılır, onlara məhsul barəsində məlumat verilir. “Buna görə də bizim saytda məhsul geri qaytarılmır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın