Menu
Geri İrəli

Azərbaycanda “iPhone” qadağası ilə bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2015 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

98838Azərbaycanda “Apple” şirkətinin məhsullarının idxalına qadağa qoyulmayıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitədən bildiriblər ki, ölkəyə idxal edilən mobil telefonların rəsmiləşdirilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, şəxsi istifadə üçün gətirilən və dəyəri 1500 ABŞ dollarını keçməyən əşyalara görə rüsum ödənilmir. Müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləği müəyyən edilib.

Bundan başqa, təsdiq edilmiş qaydalara əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar da rüsumlardan azad edilir.

Azərbaycanın mobil telefon riteyli bazarındakı mənbə daha əvvəl bildirmişdi ki, Azərbaycanda “Apple” şirkətinin məhsullarının idxalının gömrük qaydaları sərtləşdirilib: “Tədarükçülər 36 faiz həcmində gömrük rüsumu və 18 faiz ƏDV ödəməlidirlər. Bu, sıravi istehlakçılara da aiddir. Məsələn, Dubaydan ölkəyə gəlmiş vətəndaş gömrük nəzarətindən keçərkən alınmış malın çekini və telefonun alındığı ölkədə qalma müddətinin göstərildiyi vizanı təqdim etməlidir. O, həmçinin gömrük yığımlarını (ƏDV və gömrük rüsumu) ödəməli olacaq. Yekunda ölkə xaricində iPhone-nun alınması istifadəçiyə demək olar ki, Azərbaycandakı məbləğə başa gələcək”. / Trend

Apple 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıd;r.

Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.

Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompyuterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir.

2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompyuterdən Apple-yə çevrilmişdir. Stiv Cobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirib. Kompyuter sözünün çıxarılmasına səbəb olaraq “Apple kompyuter” deyildiyində ağla gələn kompyuterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi deyilir.

“Apple” şirkətinin Kupertinodakı mənzil qərargahı

ABŞ-da 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompyuter satıl;b, onlardan 110.400.000 milyon ədədi Apple olub.

Apple dünyanın ən bahalı brend kimi tanınır. 2011-ci ilin oktyabrında onun aksiyalarının dəyəri dünya üçün rekord qiymətə 422 milyard ABŞ dollarına çatıb.

Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılışında birinci olmaq üçün bir sutka növbədə durub.

Amerikanın ən çox bilinən kompyuter firmalarından olan Apple ilk qurulduğu zamanlar Makintoş adıyla xatırlanırdı (Makintoş xüsusi alma sortudur). Hazırda Microsoft, Google əsas rəqibidir. Şirkət məhsullarının yüksək keyfiyyəti və dizayna çox böyük önəm verməsi ilə seçilir.Daha sonra Stiv Cobs İncildə iştirak edən Adəm ilə Həvvadakı almanı istifadə etməyə başladı. Dişlənilmiş alma fiqurunun ilk kompyuterlərin istehsalında vəzifə alan və zəhərə batırdığı almanı dişləyərək intihar edən Alan Turing’e ithafən istifadə edildiyi də deyilməkdədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın