Menu
Geri İrəli

Azərbaycanda “WhatsApp”-ın fəaliyyəti məhdudlaşdırılacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2015 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur
Share Button

votcap“Azərbaycan internetin azad olduğu ölkələrdən biridir”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp”, “Skype” və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda “Azerfon” şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: “Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir”.

İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: “Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın