Menu
Geri İrəli

“Azerspace-2” peykinin dizaynı hazırlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2015 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

Satellite_1

“Orbital hüquqlarımızın dəyəri artacaq”.

 

“Azərkosmos” ASC və “Intelsat” beynəlxalq peyk rabitəsi təşkilatı 45° şərq uzunluğu orbital mövqeyinə “Azerspace-2” peykinin qaldırılmasına dair razılığa gəlib.

 

Bu barədə  “Azərkosmos”  dan məlumat verilib.

 

“Bununla da, Azərkosmos Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə etdi. İki şirkət növbəti iki il ərzində “Azerspace-2” peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər”- məlumatda deyilir.

 

“Bizim əhatə zonamızda olan regionlarda – MDB ölkələri, Afrika və Asiya – peyk tutumlarına olan tələbat artmaqda davam edir və “Azerspace-2” regionda daha geniş peyk xidmətləri göstərmək planlarımızın tərkib hissəsidir”- deyə, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib.

 

Öz növbəsində İntelsat şirkətinin Baş icraçı direktorunun müavini Stefan Spenqler də bu sazişin əhəmiyyətindən danışıb:

 

“Əməkdaşlığımız bizə hazırkı aktivlərimizdən istifadə etməklə tutum əldə etmək və orbital hüquqlarımızın dəyərini artırmaq imkanı verəcək. Nəticə etibarilə, “Azerspace-2” sürətlə inkişaf edən Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bizim bu orbital mövqedə olan müştərilərimizin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək”- deyə, Stefan Spenqler deyib.

 

Qeyd edək ki, “Azerspace-2”-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya,Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın