Menu
Geri İrəli

Bakı Ali Neft Məktəbi nüfuzlu beynəlxalq sosial şəbəkələrdə

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

1

Bakı Ali Neft Məktəbinin (BANM) EBSCO Məlumat Xidmətinin EBSCO Axtarış Xidmətini tətbiq etməsi haqda məlumat beynəlxalq sosial şəbəkələrdə dərc olunub.

EBSCO Company, NBC (The National Broadcasting Company is an American commercial broadcast television and radio network – Amerika Televiziya və Radio Kommersiya Yayımı Milli Yayım Şirkəti), The Librarian News Wire-LISWire-də (Kitabxana Xəbər Şəbəkəsi), eləcə də Facebook, Linkedin, Twitter kimi sosial şəbəkələrdə Ali Məktəbin kitabxanasının strateji inkişaf istiqamətlərini müəyyənləşdirən Gələcəyə Doğru planında EBSCO Axtarış Xidmətinin növbəti 3 il ərzində mühüm rol oynayacağı vurğulanıb. “Bakı Ali Neft Məktəbi EBSCO Axtarış Xidmətini seçir” (EDS Ali Məktəbin kitabxanasının inkişaf planını dəstəkləyir) başlıqlı yazıda bildirilir ki, “Gələcəyə Doğru planının mühüm komponentlərindən biri tələbə və tədqiqatçıların dəyişən ehtiyaclarına uyğun rəqəmsal materialların və xidmətlərin təminatıdır.

BANM-in rektoru Elmar Qasımovun sözlərinə görə, sürətli və münasib axtarış nəticələri təmin etməklə EDS tələbələrin ehtiyaclarını ödəyəcək: “EDS müəllim və tələbələrimizi münasib mənbələrlə təmin edəcək. Üstün etibarlılıq dərəcəsi sayəsində EDS vasitəsi ilə tələbələr axtarışları həyata keçirərkən vaxt itirməyəcək və onların məlumat axtarışı qabiliyyətləri daha da təkmilləşəcəkdir”.

Eldar Qasımov əlavə olaraq vurğulayıb ki, EDS bütün sistem mənbələrinə daxil olma imkanını yaradaraq Gələcəyə Doğru planına dəstək olur: “EDS-in bütün kitabxana mənbələrinə hər zaman və hər yerdən daxil olma imkanını təmin etməsi olduqca əhəmiyyətlidir. BANM-in bütün tələbə və işçiləri kampusda və kampusdan kənarda EDS-ə kitabxananın internet səhifəsindən həftənin istənilən günü 24 saat daxil ola biləcəklər”.

BANM EDS-i tətbiq edən Azərbaycanın ilk ali təhsil müəssisəsi olaraq bu sistemi öz inkişafının mühüm tərkib hissəsi olaraq görür və bu zamana qədər tətbiq olunmuş sınaq versiyası özünü doğrultmuşdur. Rektor həmçinin vurğuladı ki, “istifadəçilər EDS-in axtarış sistemindən və istifadə üçün rahat və əlverişli olmasından razıdır. EDS-in müştəri xidməti də mükəmməldir” – deyə sözügedən məqalədə bildirilir.

Qeyd edək ki, EBSCO Məlumat Xidmətləri (EBSCO) dünyanın 100-dən çox ölkəsində 8.000-dən artıq müştəri ilə kitabxanalara öz axtarış xidmətlərini təqdim edən aparıcı şirkətdir. EBSCO Axtarış Xidmətləri ™ (EDS), həmçinin kitabxanalar üçün onlayn tədqiqat materialları təmin edən qabaqcıl xidmətdir. Milyonlarla istifadəçi və minlərlə ali məktəbə xidmət edən EBSCO yüzlərlə tədqiqat-məlumat bazası, tarixi arxivlər, tibbi istinadlar və korporativ təlim vasitələrini əhatə edir.

Bakı Ali Neft Məktəbi nüfuzlu beynəlxalq sosial şəbəkələrdə

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın