Menu
Geri İrəli

“Bakutel” başladı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 2 Dekabr 2014 • Baxış sayı: 424 dəfə • 1 şərh

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir

4cd60fc93a02

Bu gün 2-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texonologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisi işə başlayıb.

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə innovativ layihələr, ən son texnoloji yeniliklər, İKT sahəsi üzrə məhsul və xidmətlər nümayiş etdirilir.

“Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers” (СЕО) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən rəsmi dəstək göstərilir. Sərgini dəstəkləyənlər arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) kimi nüfuzlu təşkilatlar var.

Sərgi dekabrın 5-dək davam edəcək.

3d348f128f6b 6c06a796fedb 036d32a3a0dd 050d72c1c994 8125f43c2f04 77980 920091ccf57f 48200745a476 1417500564 d281416e0262 e0b2e59eef51

 

Facebook Şərhləndirmə:

““Bakutel” başladı” yazısına bir cavab

  1. Abdulla Əhmədzadə deyir:

    Kamazın şəkli Bakutel sərgisində nəı gəzir? ))

Şərhinizi yazın