Menu
Geri İrəli

Bezdirici SMS-lərdən xilas yolu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2015 • Baxış sayı: 421 dəfə • Şərh yoxdur

87599Ölkədə mobil telefon abunəçilərinə göndərilən kütləvi reklam mesajları onların səbəb olduqdan və bununla bağlı Milli Məclisdə deputatlar tərəfindən tənqidi çıxışlar edildikdən sonra mobil operatorlar tərəfindən filtrasiya sisteminin tətbiqi gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın ən böyük mobil operatorlarından biri olan “Azercell” şirkəti öz müştəri məmnunluğunu artırmaq məqsədi ilə artıq SMS-lərin filtrasiyasını aparmaq qərarına gəlib. Bu barədə “ICTnews” xəbər xidməti bildirir.

Sözügedən şirkət ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyasının tətbiqinə başlayıb.

SMS filtrini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər.

Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.

Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın