Menu
Geri İrəli

DİQQƏT: “Facebook”da təhlükəli “TÜRKİYƏ” virusu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

fb virusFacebook sosial şəbəkəsində yeni virus yayımlanıb. Virus, dostlarınız tərəfindən özünü video kimi təqdim edir, klikləyən kimi profilinizi əlinə alır və digər dostlarınıza həmin viruslu səhifəni mesaj olaraq təqdim edir.

Bu virus video şəklində ya emailinizə və ya facebookda olan dostlarınız tərəfindən təklif edilir. Siz həmin keçidə kliklədikdən sonra xüsusi plagin təklif edir ki, bunu yükləyinki videoya baxasınız.

Bunu edəndən sonra xakerlər sizin brauzerinizdə olan bütün şəxsi hesablarınıza nail olurlar. hitech.vesti.ru saytının verdiyi məlumata görə təkcə Facebook deyil, Twitter, Google +, elektron poçtlarınız və s. artıq xakerlərin əlinə keçir.

Bu virusu təmizləmək asand deyil. Çünki bir-başa olaraq sizin kompyuterinizə düşərək brauzerin imkanlarını bağlayır, antivirus saytlarına girməyə və quraşdırmağa imkan vermir.

Çox tez bir zamanda yayılır – 40 min hücuma artıq 800 min istifadəçinin profilini zədəliyib.Google kompaniyası və Facebook hal-hazırda bunun üzərində işləyirlər. Verilən məlumata görə hal-hazırda yenilənən Google Chrome bu təklif edilən virusun plaginini avtomatik olaraq blok edir. Virusun türk xakerlər tərəfindən yaradıldığı aşkarlanıb.

Dostlarınız tərəfindən bu tipdə yayılır:

fb-virus

 

 

 

 

 

 

 

 

Odur ki, diqqətli olun belə keçidlərə klikləməyin!!!

Bu virusdan qurtulmağın yolu:

  1. Digər vasitə ilə yəni əgər kompyuternən gimisinizsə, yəni onda olan brauzer vasitəsilə, profilinizə mobil telefonla girin və şifrəni dəyişin.
  2. Bu zaman sizdən soruşulur ki, profilinizə ancaq bu qurğudan girmək istəyirsiz yoxsa başqa qurğudan girmək olsun.
  3. Ancaq öz qurğunuzdan girişi təsdiqləyiniz.
  4. Sonra kompyuterdən həmin brauzeri silirsiz.
  5. Restart edirsiz kompyuteri.
  6. Brauzeri təkrar yüklüyürsuz.
  7. Virus silinmiş olacaq. :)
  8. Bu virus yalnız kompyuter istifadəçilərinin profilinə müdaxilə edir!

Virus kompyuterinizdə Roaming qovluqunda yerləşir.

2-ci bir yolu isə sistemi bir neçə gün dala qaytarmaq metodudur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın