Menu
Geri İrəli

Dünya internetləşir: 33 milyard qurğu şəbəkəyə qoşulacaq

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

blue_pc3_logo_50QCENAT_66

Bu ilin sonunadək dünyada internetə qoşulmuş 12 milyard qurğudan istifadə olunacaq. Rabitə və Yüksək Texnologiya Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Strategy Analytics” proqnozuna görə, 2020-ci ildə bu göstərici 33 milyard qurğuyadək və ya planet əhalisinin hər biri üçün 4,3 internet qurğusunadək artacaq.

Analitiklərin fikrincə, daha çox artım “Əşyalar interneti”ndə – insan müdaxiləsi olmadan işləyən ötürücülər (M2M) seqmentində qeydə alınacaq. Yayılmasına görə ikinci və üçüncü yerdə smartfonlar və “ağıllı” ev qurğuları qərarlaşacaq. “Strategy Analytics” qeyd edib ki, internetə fərdi kompüter, smartfon və planşet kimi qoşulan ənənəvi qurğu növləri internet qurğularının ümumi həcminin üçdə bir hissəsini təşkil edəcək.

“Strategy Analytics”in baş analitiki Devid Merser qeyd edib ki, 2007-ci ildə internet qurğularının üçdə iki hissəsi fərdi kompüterlərin payına düşürdüsə, hazırda isə bu göstərici 10 faizə bərabərdir.

Ekspertlərin qənaətinə görə, 2020-ci ilədək olan dövrdə bazara 17,6 milyard yeni kateqoriyalı internet qurğusu çıxarılacaq. Artan “Əşyalar interneti” seqmenti “M2M”-in, intellektual obyektlərin, şəbəkə və şəhərlərin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Şirkətin icraçı direktoru Endryu Braun “əşyalar interneti”nə artıq beş milyard qurğu qoşulub və biz bu inqilabın yalnız başlanğıcında olduğunu deyib. “ “Ağıllı” şəhərlər və intellektual şəbəkələr “Əşyalar interneti” vasitəsilə yaxın illər və onilliklər ərzində hamının həyatına təsir göstərəcək iki üsuldur ” .

Facebook Şərhləndirmə:

Şərhinizi yazın