Menu
Geri İrəli

Əfsanəvi “Nokia 3310” yenidən satışda

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur
Share Button

efsane-4Əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyası Böyük Britaniyada satışa çıxarılıb.

Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, orijinal model 2005-ci ildə satışdan çıxarılıb – həmin vaxta qədər 126 milyon belə telefon istehsal olunmuşdu.

“Nokia” şirkəti özü telefon istehsalı ilə məşğul deyil, “Nokia 3310”-un yeni versiyasının istehsalı və satışı üzrə lisenziya isə “HMD Global” şirkətinə məxsusdur.

İki meqapiksel kamera ilə təchiz edilmiş və internetə məhdud çıxışı olan telefon Britaniyada 49,99 funta satılır.

İstehsalçı şirkətin məlumatına əsasən, telefonun akkumulyatoru danışıq rejimində 22 saata, gözləmə rejimində isə bir aya qədər “zaryadka” saxlaya bilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın