Menu
Geri İrəli

Facebook 1000 nəfəri işə götürür – GÖRÜN NƏ ÜÇÜN

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur
Share Button

facebookFacebook, Rusiya və digər ölkələrin sosial medianı istifadə edərək başqa ölkələrdə seçkilərə təsir etmələrinə maneə törətmək səyləri çərçivəsində reklamların nəzərdən keçirilməsi üçün 1000 nəfəri işə götürməyi planlaşdırır.

Facebook ötən ay etdiyi açıqlamada, Rusiyadan, ABŞ-da Noyabr ayında keçirilmiş prezident seçkisi əvvəlində 3000 ətrafında siyasi məzmunlu reklam aldıqlarını açıqlamışdı.

“Marja” xəbər verir ki, Facebook-dan verilən açıqlamada, 1000 nəfərin gələn il işə götürəcəklərini və reklamları avtomatik olaraq araşdıracaq sistemlərə daha çox sərmayə qoyulacağı bildirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın