Menu
Geri İrəli

Facebook-dan daha bir yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 637 dəfə • Şərh yoxdur

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook daha bir yeniliyə imza atır.

facebookANS PRESS-in məlumatına görə, sosial şəbəkə “Instant Articles” adlı yeni xidmətini işə salmaq niyyətindədir. Bu yenilik vasitəsilə xəbər saytlarının məzmunlarını sosial şəbəkəyə bir başa təqdim ediləcək.

Hazırda mobil cihazlardan Facebook-dakı xəbərlərin açılma müddəti orta hesabla 8 saniyədir. Veb saytların sosial şəbəkədə paylaşılan xəbərləri artıq bir saniyəyə açılacaq. “Buzzfeed”, “New York Times” və “National Geographic” kimi yayımçılar Facebook-un bu addımını müsbət qiymətləndirir.

Facebook yeni xidmətini işə salmaq və yayımçıların marağını cəlb etmək üçün bir sıra güzəştlər də təklif edir. Media təşkilatlarında maraq yaratmaq üçün sosial şəbəkə reklam gəlirlərinin müəyyən hissəsini firmalara köçürməyi planlayır.

“Pew” araşdırma şirkətinin ötən il apardığı monitorinqdən məlum olub ki, ABŞ-dakı böyük xəbər saytları trafiklərinin 60%-nı Facebook-dan əldə edir. İctimaiyyətin 48%-i aktual məsələləri sosial şəbəkədən, digər məlumatları isə televiziyadan izlədiyini bildirib.

Qeyd edək ki, Google şirkəti bir müddət əvvəl Avropa media təşkilatlarına 3 il ərzində 163 milyon dollar yardım edəcəyini açıqlamışdı. Facebook-un da bənzər bir addım atacağı ehtimal edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın