Menu
Geri İrəli

“Facebook” yeni dost axtarışı sistemini sınaqdan keçirir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 127 dəfə • Şərh yoxdur
Share Button

facebook_24756667“Facebook” yeni dost axtarışı sistemini sınaqdan keçirir.

İKT.lent.az-ın “TechCrunch“a istinadən xəbərinə görə, “bir-birini tanı” düyməsini sıxmaqla, istifadəçilərə karusel formasında insanların siyahısı təqdim ediləcək.

İlk növbədə oxşar və uyğun gələn xasiyyətli insanlar göstəriləcək, eyni yerlərə gedən, eyni səhifələri “layk” edən və yaxınlıqda yaşayanlar bir-birinə tanıdılacaq.
Sosial şəbəkədən bu funksiyanın istifadəyə nə zaman veriləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralda iOS əməliyyat platformasında “Facebook” mobil əlavəsində yeni “Discover People” (İnsanları kəşf et) adlanan yeni tanışlıqların axtarışı üçün funksiya yaradılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın